Rusiyada istehsal olunan vaksin bütün kliniki sınaqlardan keçərsə və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qəbul olunarsa, Azərbaycan da onu almağı düşünə bilər. Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.
“Azərbaycan COVID-19 xəstəliyinə qarşı peyvəndlərlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli COVAX layihəsinin iştirakçısıdır. Hazırda dünyada vaksinlərlə bağlı aparılan araşdırmaları çox yaxından izləyirik. Hansı peyvənd namizədinin uyğun olacağını demək çox tezdir. Bəzi peyvənd namizədləri ikinci mərhələni bitirib üçüncü araşdırma mərhələsinə keçəndə çox ümidverici olur. Lakin insanlarda onun istifadəsi başlayan zaman hər hansı fəsadlar və əks-təsirlər qeydə alınır. Hələ bütün mərhələləri bitirən və beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunan vaksin yoxdur”, - deyə o bildirib.
O, Rusiyadan vaksin gətirilməsi məsələsinə toxunaraq bildirib ki, vaksinin hansı ölkədə istehsal olunması əhəmiyyətli deyil. “Rusiyada istehsal olunan vaksin də hazırda peyvənd namizədlərin siyahısındadır və beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. ÜST həmin peyvəndə bəzi müsbət qiymətlər verir, o da tam təsdiqlənməyib. Onun müsbət qiymətləndirmə nəticələri qeyd olunur. Əgər həmin peyvəndin tam şəkildə zərərsiz olmağı və istifadəsinin mümkünlüyü təsdiq olunarsa və ÜST tərəfindən qəbul olunarsa, o zaman Azərbaycan da onu almağı düşünə bilər”, - deyə Y.Qarayeva qeyd edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət