2020-ci il oktyabrın 1-nə Azərbaycanda 153,157 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin sonuna olan göstəricidən 4,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövrdə 7,246 min hüquqi şəxs qeydiyyatdan keçib, 322 hüquqi şəxs fəaliyyətini dayandırıb.
2020-ci il oktyabrın 1-nə respublikada 11,46 min kənd təsərrüfatı (artım 2,4%), 8,328 min təkrar emal (artım 6.5%), 14,415 min tikinti müəssisəsi (artım 5%) fəaliyyət göstərir.
Bundan başqa, sentyabr ayının sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 43,14 min (artım 5,8%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1,865 min (artım 3%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 2,118 min (artım 5,2%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 7,667 min (artım 8,2%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 3,985 min (artım 7,1%), sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 2,155 min hüquqi şəxs (artım 3,4%) qeydiyyata alınıb.
Oktyabrın 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 140,72 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 91,9%-i) özəl müəssisələrin, 12,164 min hüquqi şəxs xarici, 3,001 min hüquqi şəxs birgə müəssisələrin, 10,712 min hüquqi şəxs (7,1%) dövlət müəssisələrinin, 1,725 min hüquqi şəxs (1,1%) bələdiyyələrin payına düşür.
Bundan başqa, 2020-ci ilin oktyabrın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1 milyon 39,841 min fiziki şəxs qeydiyyatdan keçib. 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə onların sayı 13,7% artıb.
Kənd təsərrüfatı sahəsində 333,18 min, emal sənayesi sahəsində 22,131 min, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 227,339 min fiziki şəxs fəaliyyət göstərir.
Maliyyə və sığorta fəaliyyəti ilə 4,111 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 14,825 min, inzibati və yardımçı xidmətlər sahəsində 21,008 min, tikinti fəaliyyəti ilə 19,953 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 43,226 min, nəqliyyat və anbar təsərrüfatı ilə 108,117 min, sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə 13,864 min fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət