30 sentyabr 2020-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 30 milyard 619 milyon manat təşkil edir. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2020-ci il tarixinə bankların aktivləri 32 milyard 722,8 milyon manat məbləğində olub. Beləliklə, yanvar-sentyabr aylarında bankların aktivləri 6,4% azalıb.
Sentyabrda bankların aktivləri 446,9 milyon manat və ya 1,4% azalıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 14 milyard 497 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 2,7%) təşkil edir.
2020-ci il sentyabrın 30-na Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 624,4 milyon manat (artım 0,9% - İF) təşkil edir.
Sentyabr ayının sonuna bankların öhdəlikləri 25 milyard 994,6 milyon manata (azalma 7,6%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 384,8 milyon manat məbləğində (artım 18%) qiymətləndirilir. Oktyabrın əvvəlinə banklarda depozit portfeli 19 milyard 377,4 milyon manat (azalma 9,1%), əhalinin əmanətləri 7 milyard 716 milyon manat (azalma 9,3%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, yanvar-sentyabr aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 512,8 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,9% azdır.
Yanvar-sentyabr aylarında bankların faiz gəlirləri 1 milyard 427,5 milyon manat (2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 0,2% - İF), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 132,1 milyon manat (artım 10%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 484,3 milyon manat (azalma 5,2%) məbləğində olub.
Bu dövrdə bankların faiz xərcləri 362,4 milyon manat (azalma 10,6%), o cümlədən depozitlər üzrə 231 milyon manat (azalma 16,4%), qeyri-faiz xərcləri 843,9 milyon manat (artım 0,8%) təşkil edib.
Yanvar-sentyabr aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 658,9 milyon manat (artım 2,5%) təşkil edib.
2020-ci ilin yanvar-sentyabr aylarında bankların vergi ödənilənədək ümumi mənfəəti 635 milyon manat (artım 9,8%) məbləğində qiymətləndirilir, hesabat dövründə mənfəət vergisi üzrə ödənişlər 122,2 milyon manat (artım 2,2 dəfə) təşkil edib.
30 sentyabr 2020-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Sentyabrın sonuna bankların 443 filialı (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 13%) və 116 şöbəsi (azalma 12,8%) var.
Azərbaycanın bank sektorunda 18,555 min nəfər (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 4,7% - İF) çalışır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət