2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklar biznes və istehlak kreditləri üzrə portfeli azaldıb, ipoteka kreditləşməsini artırıb.
Mərkəzi Bankın məlumatına görə, 2020-ci il sentyabrın 30-na bankların kredit portfeli 14 milyard 497 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 2,7%) həcmində qiymətləndirilir.
Hesabat dövründə banklar biznes kreditləri üzrə portefli 3,2% - 8 milyard 741,1 milyon manatadək və ya bankların bütün kredit portfelinin 60,3%-i səviyyəsində azaldıb. Sentyabr ayında bankların biznes kreditləri üzrə portfeli 96,2 milyon manat artıb.
9 ay ərzində banklar istehlak kreditləşməsi üzrə portfeli 6,5% - 3 milyard 808,5 milyon manatadək azaldıb, xüsusi çəki 26,3% təşkil edib. Sentyabr ayında banklar istehlak kreditləşməsi üzrə portfeli 71,6 milyon manat artırıb.
2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda banklar ipoteka kreditləri üzrə portfeli 8,6% - 1 milyard 947,4 milyon manatadək və ya bankların bütün kredit portfelinin 13,4%-dək artırıb. Sentyabr ayında verilmiş ipoteka kreditləri üzrə portfel 25 milyon manat artıb.
2020-ci il sentyabrın 30-na Azərbaycanda 26 bank fəaliyyət lisenziyasına malik olub.
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 15-də 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə iqtisadiyyatın real sektorunun maliyyələşməsində bank sektorunun rolundan narazılıq bildirib. “Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik”, - deyə İ.Əliyev qeyd edib.
2020-ci ilin yanvar-sentyabr aylarında biznes və istehlak kreditləşməsinin azalması COVID-19 səbəbindən karantin rejiminin tətbiq olunması və ölkədə iqtisadi fəallığın aşağı düşməsi ilə bağlıdır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət