Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov hesab edir ki, Şuşa uğrunda döyüşlər başlayır.
“Dağlıq Qarabağ. Əsaslı dönüş nöqtəsi yaxındır. Azərbaycan Ordusu Daşaltı kəndini azad edərək Şuşa şəhərinin ətrafına çıxış əldə edib. Bu, kifayət qədər böyük qədim şəhərdir, regionun əsas şəhərlərindəın biridir. O, Xankəndi/Stepanakert və Ermənistan arasında Laçından keçməklə əsas yolda yerləşir. Şuşanın azad edilməsi Xankəndi/Stepanakertin mühasirəsinə gətirəcək”, - Markov özünün Facebook səhifəsində yazıb.
Politoloq qeyd edib ki, Şuşa uğrunda döyüşlər başlayır. “Bu başa çatdıqdan sonra, görünür, müharibə Azərbaycanın tam hərbi qələbəsi ilə başa çatacaq. Müharibənin başlanması və Ermənistanın məğlub olmasının əsas təqsirkarı Nikol Paşinyandır”, - o vurğulayıb.
Markov RF prezidenti Vladimir Putinin Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə telefon danışıqlarını Paşinyanın Rusiya liderinə ünvanladığı məktub ilə əlaqələndirib. “Görünür, məhz buna görə Putin həm Paşinyan, həm də Əliyevlə telefonla danışıb. Bu danışıqların nəticəsi hələlik məlum deyil. Lakin, aydındır ki, mümkün atəşkəsə dair danışıqlar olub. Azərbaycan nə qədər çox hərbi qələbə qazanırsa, onun danışıqlarla bağlı mövqeyi bir o qədər sərtləşir. Paşinyan əvvəllər Əliyevin şərtləri ilə razılaşmalı idi. İndi isə Paşinyan öz güzəştləri ilə hərbi məğlubiyyətlərindən geridə qalır”, - politoloq hesab edir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət