Ukrayna milli polisi Azərbaycan və Ermənistanın ölkədəki bütün rəsmi nümayəndəliklərini mühafizə altına alacaq. Bu barədə qurumun rəhbəri İqor Klimenko məlumat verib.
"Azərbaycan və Ermənistanın bütün rəsmi nümayəndəlikləri yaxın vaxtlarda polis mühafizəsinə götürüləcək. Hamını, xüsusilə də hər iki dövlətin diaspor nümayəndələrini, Ukrayna ərazisində olan vətəndaşlarını bir-birinə qarşı dözümlülük və tolerant münasibət nümayiş etdirməyə çağırırıq", - deyə Klimenko bildirib.
Bu qərar Azərbaycanın Xarkovdakı konsulluğunun binasının atəşə tutulması ilə əlaqədar qəbul edilib.
"Polis bu cinayətdə əli olan şəxslərin saxlanılması üçün əlindən gələni edəcək və səylərini dövlətimizin ərazisində etniklərarası münaqişələrə yol verilməməsinə yönəldir", - deyə o vurğulayıb.
Noyabrın 6-dan 7-nə keçən gecə Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun binası odlu silahdan atəşə tutulub. Konsulluğun binasının qapısına və pəncərələrinə 6 atəş açılıb. Gecə saatlarında binada heç kəs olmadığı üçün konsulluğun əməkdaşları arasında zərər çəkən olmayıb. Fəxri konsulluğun kameraları hücum edən şəxsin 2 nəfər olduğunu qeydə alıb.
Bu faktla bağlı məlumatlar Ukrayna Cinayət Məcəlləsinin 296-cı maddəsinin (xuliqanlıq) 4-cü bəndi üzrə məhkəməqabağı araşdırmaların vahid reyestrinə daxil edilib.*
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət