“Azercell Telekom” Şuşada 4G şəbəkəsini qurub. Bu barədə şirkətin məlumatında deyilir.
“Artıq Şuşada “Azercell”in ilk 4G şəbəkəsi fəaliyyət göstərir. 28 ildən sonra vətəndaşlarımız, hazırda orada olan əsgərlərimiz yaxınları ilə əlaqə saxlaya, həmçinin ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətlərindən istifadə edə bilirlər”, - deyə məlumatda bildirilir.
Şirkət işğaldan azad edilmiş bütün tarixi ərazilərimizi sürətli şəkildə müasir mobil şəbəkə ilə əhatə etməyi, eləcə də tezliklə öz evlərinə qayıdacaq həmvətənlərimizi fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyi qarşısına məqsəd qoyub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, işğaldan azad olunmuş ərazilərdə əhaliyə keyfiyyətli nəqliyyat, telekommunikasiya və poçt xidmətləri göstəriləcək.
“Bu ərazilərdə yeni texnologiyalar əsasında telekommunikasiya və poçt infrastrukturu qurulacaq, radio-televiziya yayımı genişləndiriləcək, modern sərnişindaşıma xidməti təqdim olunacaq”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət