Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2019-cu ili 1 milyon 152,81 min manat məbləğində xalis mənfəətlə başa vurub. Bu barədə ADRA-nın 2019-cu il üçün auditi aparılmış hesabatında deyilir.
2018-ci ildə ADRA-nın mənfəəti 1 milyon 688,472 min manat təşkil edib. Beləliklə, 2019-cu ildə agentliyin mənfəəti 31,7% azalıb.
Hesabata əsasən, ötən il ADRA-nın gəlirləri 7 milyon 227,944 min manat (2018-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə artım 22,9%), o cümlədən reklam yayımına görə haqları 6 milyon 819,585 min manat (artım 22,5%) təşkil edib.
Hesabat dövründə ADRA-nın xərcləri 6 milyon 85,875 min manat (artım 66,1%) təşkil edib. Xərclərin böyük hissəsi – 4 milyon 329,926 min manat (artım 83,5%) insan resursları üzrə xərclərin payına düşüb.
2019-cu ildə ADRA-nın aktivləri 25% - 4 milyon 933,937 min manatadək artıb. Ötən ilin yekunları üzrə agentliyin öhdəlikləri 16,556 min manat (azalma 95,7%) təşkil edib.
Ötən ilin sonuna ADRA-nın məcmu kapitalı 4 milyon 917,381 min manat (artım 38%), nizamnamə kapitalı 10 min manat (dəyişməyib) təşkil edib.
Prezident İlham Əliyev 2017-ci ilin iyun ayında “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Məqsəd ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etməkdir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət