Azərbaycanda yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən daha 3 şirkət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti oldu.
Yeni rezidentlər «ITICKET», «NN Group» və «LOF Studios» şirkətləridir.
Beləliklə, Pirallahı Yüksək Texnologiyalar Parkının rezidentlərinin sayı 7-yə çatdı.
“ITICKET” şirkətinin “iTicket” layihəsi beynəlxalq standartlara uyğun olaraq hazırlanmış və süni intellektə (Al) əsaslanan platformadır. Konsert, teatr, idman, əyləncə və bir çox digər tədbirlərə bilet satışını reallaşdıran layihənin məqsədi Azərbaycan markası olan süni intellekt məhsulunu beynəlxalq bazara təqdim etmək və bazar payını artırmaqdır.
“NN Group” “Ağıllı avtobus” layihəsini həyata keçirəcək. "Ağıllı avtobus" günəş və külək enerjisi ilə şarj olunan yeni nəsil avtobusdur. Avtobus ekotexnologiyalar ilə təchiz olunub və ekoloji cəhətdən tamamilə təmizdir. Layihənin məqsədi Azərbaycanda “Yaşıl sənaye”ni inkişaf etdirmək, eyni zamanda, “Yaşıl sənaye” üzrə yerli mütəxəssislər yetişdirməkdir. Layihə, həmçinin “Made in Azerbaijan” brendini dünya bazarında yeni istiqamətdə tanıtmağı hədəfləyir.
“LOF Studios” (Land Of Fire Studios) Azərbaycanda və qonşu regionlarda videooyunlar, mobil tətbiqlər, kinematoqrafiya kimi yüksək texnologiyalı rəqəmsal məhsulların hazırlanması və onların marketinq, nəşr və satışını həyata keçirən ilk çoxfunksiyalı studiyadır. Studiyanın 4 növ layihəsi mövcuddur: “Project BOB” – kütləvi çox oyunçuluq, “VICON Motion Capture Systems” – hərəkətin ələ keçirilməsi sistemi, “ƏMƏK” Əhalinin Məşğuliyyət Klubu – işsizliyin aradan qaldırılması üçün “uberizasiya” prinsipi ilə təşkili üzrə mobil tətbiq və “MEDYBOT” tibbi bot – bütün tibb müəssisələrinin, həkimlərin və göstərdikləri bütün xidmətlərin onlayn sifarişi və təşkili. Layihələrin əsas məqsədi işsizliyin qarşısını almaq, mobil tətbiq və videooyun sənayesini inkişaf etdirmək, bacarıqlı gənclərin bu sahədə inkişaf etməsinə dəstək göstərməkdir.
Rezidentlər yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, texnoparkda fəaliyyətin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və elmi tədqiqatların aparılması məqsədilə istehsal sahəsi ilə təmin ediləcəklər. Rezidentlər, həmçinin 10 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azad olunacaqlar.
Pirallahı Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Fərmanı ilə iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarnın işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədilə yaradılıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət