Azərbaycanda yeni subsidiya sistemi ilə ümumilikdə 246 milyon manat verilib.
«Azərbaycanda 2020-ci ilin yanvar ayında qüvvəyə minmiş yeni subsidiya sistemi çərçivəsində 407,298 min fermerə 232,092 milyon manat ödənilib”, - Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bundan başqa,38 fermer isə təkrar qarğıdalı əkininə görə 1 milyon 828 min manat subsidiya alıb. Ötən müddət ərzində 37 807 fermerin Fermer Kartına 6 milyon 643,7 min manat heyvan subsidiyası köçürülüb. Bu subsidiya fermerlərə süni mayalandırma yolu ilə əldə etdikləri 66, 437 min buzova görə verilib.
Bu dövrdə 22,185 min arıçı bəslədikləri arı ailələrinə görə 5 milyon manatdan çox subsidiya alıb. O cümlədən, 4,955 min kümçüyə 2.2 milyon manata yaxın barama subsidiyası ödənilib.
Bundan əlavə, pambıq, şəkər çuğunduru, quru və yaş tütün istehsal etmiş 19 min fermer məhsul subsidiyası üçün müraciət edib. Bu fermerlərə 34 milyon manat məhsul subsidiyası ayrılıb.
O cümlədən, toxum subsidiyası üçün müraciət edən toxumçular 75 min ton məhsul satdıqlarını bəyan ediblər. Onlara 5.5 milyon manat subsidiya məbləği hesablanıb.
«Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin (EKTİS) media üçün təqdimatı cari ilin fevral ayında keçirilib. Fermerlər sadələşdirilmiş qeydiyyat prosedurundan keçərək resursda şəxsi kabinet yaradırlar.
Şəxsi kabinetdə fermer təsərrüfatının yerləşdiyi rayon, torpaq sahəsi, yetişdiriləcək məhsul barədə məlumat verilir. Bundan sonra fermer həmin sahədə məhsuldarlıqla bağlı proqnoz əldə edə biləcək. Həmçinin elektron resursda “Big Data” məlumat bazası da yaradılıb.
Bundan başqa, fermerlər EKTİS vasitəsilə elektron müraciətlər əsasında subsidiyalar ala biləcəklər.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət