2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığortaçılar 1 milyon 931,616 min sığorta müqaviləsi bağlayıblar ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 19% azdır.
Sığorta müqavilələrinin böyük hissəsi icbari sığorta növləri üzrə bağlanıb, ümumi portfelin 62,8%-i və ya 1 milyon 212,89 min müqavilə bu sığorta növlərinin payına düşüb. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 4,4% təşkil edib.
Eyni zamanda, icbari sığorta növləri üzrə ən çox müqavilə (966,355 min) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə bağlanıb.
Hesabat dövründə könüllü sığorta növləri üzrə müqavilələrin sayı 35,6% - 718,726 minə qədər azalıb. Eyni zamanda, həyat sığortası üzrə 482,582 min müqavilə (azalma 22,5%), qeyri-həyat sığortası üzrə 236,144 min müqavilə (azalma 52,1%) bağlanıb. Ən çox müqavilə (92,376 min) əmlak sığortası üzrə bağlanıb.
3 rübün yekunları üzrə Azərbaycanda sığortaçıların və təkrarsığortaçıların ümumi sığorta haqları 637 milyon 460,2 min manat təşkil edib ki, bu da 2019-cu ilin yanvar-sentyabr aylarının göstəricisindən 11,4% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə sığorta haqları 423,281 milyon manat (artım 16,1%) təşkil edib. Eyni zamanda, həyat sığortası üzrə sığorta haqları 197 milyon 536,9 min manat (artım 17,3%), qeyri-həyat sığortası üzrə 225,744 milyon manat (artım 14,9%) təşkil edib.
Yanvar-sentyabr aylarında icbari sığorta növləri üzrə sığorta haqları 214 milyon 179,3 min manat (artım 3,3%) təşkil edib.
Hesabat dövründə sığortaçılar və təkrarsığortaçıların fiziki şəxslərlə bağlanmış müqavilələr üzrə ümumi sığorta haqları 7,5% - 140 milyon 937,6 min manatadək və ya bütün sığorta haqlarının 22,1%-i səviyyəsində azalıb.
Fiziki şəxslərin könüllü sığorta və təkrarsığorta növləri üzrə sığorta haqları 74 milyon 200 min manat (azalma 9,4% - İF) təşkil edib. Bundan başqa, fiziki şəxslərin həyat sığortası və təkrarsığortası üzrə sığorta haqları 52 milyon 247,1 manat (azalma 17,6%), qeyri-həyat sığortası üzrə 21 milyon 953,7 min manat (artım 17,9%) təşkil edib.
Yanvar-sentyabr aylarında fiziki şəxslərlə icbari sığorta və təkrarsığorta növləri üzrə bağlanmış müqavilələr çərçivəsində sığorta haqları 66 milyon 736,8 min manat (azalma 5,3%) təşkil edib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət