“AzerGold” QSC istiqraz sahiblərinə $200 min məbləğində ilk faiz ödənişi həyata keçirib.
“Dekabrın 24-də “AzerGold” QSC-nin istiqrazlarının ilk rüblük faiz ödənişi həyata keçirilib. Ümumilikdə $200 min həcmində vəsait istiqraz sahibləri arasında bölüşdürülüb. “AzerGold” istiqrazları üzrə növbəti rüblük faiz ödənişi 2021-ci ilin mart ayında baş tutacaq”, - deyə cəmiyyətin məlumatında bildirilir.
İstiqrazların həm birinci, həm də ikinci tranş üzrə keçirilmiş hərracında tələb təklifi 2 dəfədən çox üstələyib.
“Xüsusilə hər tranş üzrə $10 milyon həcmində yerləşdirilən istiqrazlara 1-ci hərracda $25,5 milyon, 2-ci hərracda $18 milyon məbləğində sifariş toplanıb”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, “AzerGold” istiqrazlarının birinci və ikinci tranş üzrə hərracları cari ilin 24 sentyabr və 30 noyabr tarixlərində Bakı Fond Birjasında keçirilib. İstiqrazların orta ölçülmüş qiyməti 1-ci tranş üzrə $101,7, 2-ci tranş üzrə isə $102,4 təşkil edib
İstiqrazların tədavül müddəti 3 il, illik gəlirlilik 4%-dir (faiz ödənişi rüblük həyata keçirilir). Hər birinin nominal dəyəri $100 olan 200 min ədəd istiqraz tədavülə buraxılıb.
İstiqrazların emissiyasından cəlb ediləcək vəsait “Çovdar” (Daşkəsən), “Köhnəmədən” (Balakən) və “Qaradağ” (Şəmkir-Gədəbəy) yataqlarının resurslarının artırılmasına, yataqların yerüstü hissəsində istismar işlərinin sürətləndirilməsinə və çöl tədqiqat işlərinin maliyyələşdirilməsinə yönəldiləcək.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət