Milli Məclisin bu gün keçirilən plenar iclasında İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcəsi I oxunuşda qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
2021-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 157 milyon 769,146 min manat məbləğində proqnozlaşdırılır.
Fondun gəlirləri büdcədən maliyyələşən təşkilatlar üzrə işsizlikdən sığorta ayırmaları şəklində daxilolmalar (16 milyon 771,559 min manat), büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə işsizlikdən sığorta ayırmaları şəklində daxilolmalar (16 milyon 771,559 min manat), qeyri-büdcə sektoru üzrə işçilərdən tutulan sığorta ayırmaları şəklində daxilolmalar (86 milyon 456,882 min manat), 2020-ci ilin sonuna Fondun istifadə edilməmiş vəsaiti (37 milyon 739,146 min manat) və sair mənbələr hesabına formalaşacaq.
Xərclərin strukturunda işsizliyə görə sığorta ödənişləri 13 milyon manat, peşə hazırlığının təşkili və əlavə təhsil xərcləri 7 milyon manat, əmək yarmarkalarının, əmək birjalarının təşkili xərcləri 1 milyon manat, haqqı ödənilən ictimai işlərin təşkili xərcləri 2 milyon manat təşkil edəcək.
Bundan əlavə, özünüməşğulluq tədbirlərinin təşkilinə 68 milyon 774,2 min manat, sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 2 milyon manat, məşğulluq orqanlarının saxlanılmasına 41 milyon 994,946 min manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 2 milyon manat, peşə standartlarının hazırlanmasına 2 milyon manat, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin və ixtisaslaşdırılmış müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə 2 milyon manat, digər aktiv məşğulluq tədbirlərinə 1 milyon manat yönəldiləcək.
“İşsizlikdən sığorta haqqında" qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minib. İşsizlikdən sığorta çərçivəsində sığorta ödənişinin 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi nəzərdə tutulur. Sığorta ödənişi sığorta stajından asılı olaraq vətəndaşın itirilmiş orta aylıq əməkhaqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır: sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz; sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz; sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz. Sığorta haqqı sığorta tarifləri əsasında sığortaedən tərəfindən hesablanır: işçinin özünün əmək haqqından tutulan 0,5% və müəssisə üzrə əməyin ödənişi fondundan 0,5%.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət