2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 4% - 14 milyard 681,3 milyon manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Bu azalma aprel-may aylarında 4 bankın lisenziyasının ləğv olunması ilə əlaqədardır.
Dekabrın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 922,9 milyon manat (ilin əvvəlindən azalma 27,5% - İF) və ya bütün kreditlərin 6,3%-ni təşkil edir.
Dekabrın 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 milyard 840,1 milyon manat (artım 10,9%) və ya bütün kreditlərin 19,3%-i, özəl banklar tərəfindən 11 milyard 464,5 milyon manat (azalma 7,1%) və ya bütün kreditlərin 78,1%-i həcmində kredit verilib. Qalan 376,6 milyon manat (azalma 5,2%) bank olmayan kredit təşkilatlarının payına düşür.
2020-ci il dekabrın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 10 milyard 272,8 milyon manat (artım 2,7%) milli valyuta, 4 milyard 408,5 milyon manat (azalma 16,8%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 30% (2019-cu ilin sonuna 34,6%) təşkil edir.
2020-ci il dekabrın 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 594,6 milyon manat (bütün kreditlərin 17,7%-i) ticarət və xidmət sahələrinin, 516,7 milyon manat (3,5%) energetika, kimya və təbii sərvətlər sektorunun, 553,9 milyon manat (3,8%) kənd təsərrüfatı və emal sahələrinin, 477,4 milyon manat (3,3%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 382,1 milyon manat (9,4%) sənaye və istehsal sektorunun, 857,9 milyon manat (5,8%) nəqliyyat və rabitə sahələrinin, 6 milyard 757,3 milyon manat (46,02%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 3,2% azalıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət