Azərbaycan prezidenti İlham Əliyev “Mediasiya haqqında” qanunda dəyişiklikləri təsdiq edib.
Dəyişikliyə əsasən, qanunun iqtisadi mübahisələr üzrə ilkin və növbəti mediasiya sessiyalarında iştirakın tənzimlənməsi ilə bağlı bəndləri 1 iyul 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.
Daha əvvəl sözügedən bəndlər 1 yanvar 2021-ci il tarixindən etibarən qüvvəyə minməli idi.
Prezident İlham Əliyev 2019-cu ilin aprel ayında mediatorun vasitəçiliyi ilə mübahisələrin alternativ həlli üsullarını tənzimləyən “Mediasiya haqqında” Qanunu təsdiq edib.
Bu Qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.
Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.
Mediasiya aşağıdakı prinsiplər əsasında həyata keçirilir: könüllülük; tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı; mediatorların qərəzsizliyi və müstəqilliyi; mediasiya prosesinə müdaxilənin yolverilməzliyi; konfidensiallıq.
Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir: ali təhsilə malik olmalıdır; 25 yaşı tamam olmalıdır; ən azı 3 illik iş stajına malik olmalıdır.
Aşağıdakı fiziki şəxslər mediator ola bilməzlər: məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər; məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər.
Bundan başqa, “Mediasiya haqqında” Qanun mediasiya təşkilatları və Mediasiya Şurasının fəaliyyətini, funksiyalarını və vəzifələrini tənzimləyir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət