2021-ci il üzrə Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 41,1 milyard ABŞ dollarına bərabər götürülür. Bu barədə Azərbaycan preziednti İlham Əliyevin təsdiq etdiyi sənədlərdə qeyd olunur. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
2020-ci il üzrə ARDNF-nin investisiya portfelinin ortaçəkili həcmi 71,2 milyard manat səviyyəsində təsdiq olunub (cari məzənnə ilə $41,9 milyard).
Fondun investisiya siyasətinin məqsədi 2021-ci əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirməkdir.
Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir.
Fondun investisiya portfelinin məcmu dəyərinin 65%-i ABŞ dollarında ifadə olunan aktivlərə, 20%-i avroda ifadə olunan aktivlərə, 5%-i İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə, qalan 10%-i isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
Şərtlərə əssaən, 2021-ci il ərzində Fondun investisiya portfelin maksimum 50%-i - borc öhdəlikləri və pul bazarları alətlərinə, maksimum 25%-i - səhmlərə, 10%-ə qədəri - daşınmaz əmlaka, 15%-ə qədəri - qızıla yerləşdirilməlidir.
Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanılmalıdır.
Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60%-dən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmamalıdır.
1999-cu ilin dekabr ayında yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
2020-ci il 30 sentyabr tarixinə ARDNF-nin aktivləri $43 milyard 288,6 milyon həcmində qiymətləndirilib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət