Azərbaycan Mərkəzi Bankı həftəlik depozit hərraclarından imtina etmək haqqında qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan”a maliyyə bazarında mənbə məlumat verib.
“Requlyativ əməliyyatların effektivliyinin artırılması, onların həcmlərinin tənzimlənməsi və pul bazarının inkişafını dəstəkləmək məqsədilə bu ildən etibarən AMB-nin əməliyyat çərçivələri və likvidliyin idarə edilməsinə yeniliklər daxil edilib. Həmin yeniliklərə əsasən, depozit hərracları öncə müəyyən olunan standart qrafikə uyğun olaraq deyil (hər həftə - İF), zərurət yaranacağı halda, likvidlik bunu tələb etdiyi zaman təşkil olunacaq”, - mənbə bildirib.
Onun sözlərinə görə, depozit hərracının keçirilməsinə dair məlumat öncədən AMB-nin saytında dərc olunacaq.
Mənbə qeyd edib ki, 2021-ci ildən etibarən artıq likvidliyin tənzimlənməsi məqsədilə AMB-nin notların yerləşdirilməsi üzrə hərraclarına üstünlük veriləcək.
“Notların yerləşdirilməsi üzrə hərraclara üstünlüyün verilməsinin əsas səbəbi banklararası pul bazarının gələcəkdə inkişafıdır. Bankların portfelində notların mövcudluğu pul bazarında təminatla bağlı əməliyyatların həyata keçirilməsi ilə bağlı imkanları artırır”, - mənbə əlavə edib.
AMB 2016-cı ilin iyun ayından etibarən depozit hərracları keçirib. Eyni zamanda, hər həftə depozit hərracına 100-200 milyon manat çıxarılıb. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət