Macarıstan Azərbaycanın azad olunmuş torpaqlarının bərpasına yardım edəcək. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib.
“Macarıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünün tərəfdarı olub və biz münaqişələrin danışıqlar yolu ilə həllini dəstəkləyirik. Exim Bank Azərbaycan torpaqlarının bərpasında iştirak etmək istəyən Macarıstan şirkətləri üçün $100 milyon məbləğində kredit xətti açıb. Bundan başqa, Macarıstan hökuməti minaların zərərsizləşdirilməsinə 25 min avro təklif edib”, - Siyarto Azərbaycan-Macarıstan İqtisadi Komitəsinin iclası çərçivəsində bildirib.
Həmçinin, nazir qeyd edib ki, Macarıstan 2020-ci ilin ortalarından Azərbaycan qazının alışına yönəlib.
“Bizim üçün daha çox mənbələrdən qaz alışı vacibdir. Azərbaycanla Avropa arasında birbaşa qaz nəqli xətti təşkil olunub və MVM şirkəti Azərbaycanın qaz şirkəti ilə müqavilə münasibətlərinin hazırlığına başlayıb. Cari onilliyin ortalarından Macarıstanın Azərbaycandan qaz alışını gözləmək tam mümkündür”, - Siyarto qeyd edib.
Onun sözlərinə görə, son zamanlar Macarıstan şirkətləri Azərbaycan bazarında iştiraklarını mühüm dərəcədə artırıblar: MOL neft-qaz şirkəti ölkəyə investisiya yatırıb, Wizz Air Azərbaycana uçuşları bərpa etməyə hazırdır, Hell şirkətinin isə Azərbaycan bazarında 25% payı var. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət