“PAŞA Həyat Sığorta” şirkəti 2020-ci ildə sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Hesabat dövründə “PAŞA Həyat Sığorta” 242,632 milyon manat və ya 2020-ci ildə bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 33,3%-i həcmində sığorta haqqı toplayıb.
Həyat sığortası seqmentində sığorta haqlarının həcminə görə birinci yerdə “PAŞA Həyat Sığorta” şirkəti, ikinci yerdə "Atəşgah Həyat" (41,498 milyon manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (15,942 milyon manat) qərarlaşıb. Hesabat dövründə “Xalq Həyat Sığorta” şirkəti 3,672 milyon manat sığorta haqqı toplayıb.
2020-ci ildə qeyri-həyat sığortası seqmentində “PAŞA Sığorta” şirkəti sığorta haqlarının yığım həcminə görə lider olub. Şirkətin sığorta haqları 163,453 milyon manat və ya bazarda bütün yığımların 22,4%-ni təşkil edib.
Qeyri-həyat sığortası seqmentində əldə edilmiş sığorta haqlarının həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə aşağıdakı şirkətlər də daxil olub: "Azərsığorta" (49,122 milyon manat), “Qala Sığorta” (32,838 milyon manat), “Xalq Sığorta” (31,182 milyon manat), “Meqa Sığorta” (28,615 milyon manat).
Bütövlükdə, hesabat dövründə 608,954 milyon manat və ya sığortaçıların bütün sığorta haqlarının 83,6%-i bu 9 şirkətin payına düşüb.
Ötən il sığorta şirkətləri arasında ən çox ödəniş “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 222,977 milyon manat və ya sığortaçıların bütün ödənişlərinin 47,9%-ni təşkil edib.
“PAŞA Həyat Sığorta” şirkəti həyat sığortası seqmentində ödənişlərin həcminə görə də lider olub. Bu seqmentdə ödənişlərin həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (55,971 milyon manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (4,052 milyon manat) qərarlaşıb. Hesabat dövründə “Xalq Həyat Sığorta” şirkəti tərəfindən sığorta ödənişi həyata keçirilməyib.
“PAŞA Sığorta” şirkəti isə qeyri-həyat sığortası seqmentində ödənişlər üzrə lider olub (71,452 milyon manat). Hesabat dövründə bu seqmentdə həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə "Azərsığorta" (33,351 milyon manat), “Xalq Sığorta” (17,608 milyon manat), “Atəşgah” (14,306 milyon manat) və “AtaSığorta” (8,71 milyon manat) daxil olub.
Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 428,427 milyon manatı və ya 92,1%-i bu 8 şirkətin payına düşüb.
2020-ci ilin yekunları üzrə “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” bazar üzrə bütün sığorta haqlarının 55,7%-ni toplayıblar. Ödənişlərdə şirkətlərin xüsusi çəkisi 63,3% təşkil edib.
2020-ci ilin sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət