Azərbaycan şirkətlərinə yanvarın 29-dan Qazaxıstana pomidor ixracını bərpa etməyə icazə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
“Azərbaycan Qazaxıstana ixrac olunan pomidor məhsullarına tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması istiqamətində iş aparıb. Yük partiyalarından və daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından götürülən nümunələrdə viruslar aşkar olunmayıb”, - deyə məlumatda bildirilir.
Bunun əsasında 29 yanvar tarixindən Qazaxıstana pomidor ixracı ilə məşğul olan 40 müəssisəyə ixrac üçün icazə verilib.
Məlumata görə, bu müəssisələrin ixrac edəcəyi məhsullar laboratoriyalarda yoxlanılacaq.*
A.Hüseynova
Ermənistan ərazisindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
Əliyev Azərbaycan-Çin əməkdaşlığının işğaldan azad olunmuş ərazilərdə davam etdirilməsini arzu edir
Peskov: Qarabağda ermənilərin Ermənistana köçmək istədikləri üçün günahkar axtarmaq lazım deyil
Ermənistan müdafiə sahəsinə büdcə xərclərini artırır
Türkiyə və Ermənistan XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakı Ali Neft Məktəbində “4SİM TALKS” adlı tədbir keçirilib
Yelo Bank əməkdaşları üçün növbəti “Sağlamlıq günü” təşkil edilib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr