Çinqdao şəhərindən Çin-Azərbaycan (Bakı) istiqamətində 2021-ci ilin ilk konteyner blok qatarı yola düşüb. Bu barədə «ADY Container LLC» şirkətindən (“Azərbaycan Dəmir Yolları” QSC-nin törəməsi, ADY) məlumat verilir.
“Koronavirus pandemiyası ilə əlaqədar olaraq qlobal təchizat zəncirində yaranmış çətinliklərə, o cümlədən konteyner çatışmazlığına baxmayaraq, ADY Container LLC Çinin Çinqdao şəhərindən Bakı istiqamətində 50 konteynerdən ibarət blok qatarın yola salınmasına müvəffəq olub. 40 futluq konteynerlər Qazaxıstanın Aktau limanından Bakı limanına çatdırılacaq. Daha sonra konteynerlərdən 15-i Tbilisiyə göndəriləcək”, - məlumatda qeyd olunur.
2021-ci ilin sonunadək “ADY Container” MMC tərəfindən Çin-Azərbaycan istiqamətində 50-dək konteyner blok qatarının nəql olunması planlaşdırılır
Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express” (Qazaxıstan), “ADY Container” MMC və “GR Logistics and Terminals”ın (Gürcüstan) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi Xəzər regionu ölkələrinin tranzit potensialının artırılması və inkişafına xidmət edir. Bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Layihənin reallaşdırılmasına 2013-cü ildə başlanıb.
2019-cu ilin may ayında “ADY Сonteyner” (“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə strukturu) və Çinin “XI`an Continental Bridge International Logistic" şirkəti arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner daşımalarının ekspedisiyası haqqında saziş imzalanıb.
Saziş “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində konteyner qatarlarının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə ekspedisiyasını nəzərdə tutur. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət