Rusiyanın “Aeroflot” aviaşirkəti fevral ayından Moskva-Bakı-Moskva marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır (“Şeremetyevo” hava limanı).
“Uçuşlar həftədə iki dəfə - birinci və dördüncü günlər həyata keçiriləcək. Aviaşirkətin birinci reysi Bakıya fevralın 18-də yerli vaxtla saat 01:25-də gələcək, Azərbaycanın paytaxtından uçuş isə yerli vaxtla saat 02:55-də baş tutacaq”, - deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən“İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Bundan əlavə, fevralın 17-dən etibarən, həmçinin Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayır. Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək.
Yalnız Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin saytındakı siyahıda qeyd edilən şəxslər COVID-19 pandemiyası dövründə Rusiyaya giriş hüququna malikdir:https://www.mid.ru/informacia-dla-rossijskih-i-inostrannyh-grazdan-v-svazi-s-koronavirusnoj-infekciej/-/asset_publisher/UUDFpNltySPE/content/id/4157104
Azərbaycan vətəndaşlarından savayı, Moskva-Bakı istiqamətində reyslərə aşağıdakı kateqoriyalardan olan şəxslər buraxılır:
Azərbaycandakı diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri
• ailə üzvləri (həyat yoldaşları, valideynləri və ya azyaşlı övladları) Azərbaycan vətəndaşı olan əcnəbilər
• Azərbaycanda işləmək icazəsi olan əcnəbilər
• Azərbaycanda daimi və ya müvəqqəti yaşayış icazəsi olan əcnəbilər
• Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət