1 yanvar 2021-ci il tarixinə olan vəziyyətə görə, Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı 1 milyon 703 min təşkil edir. Bunu Dövlət Vergi Xidmətinin (DVX) rəisi vəzifəsinin icraçısı Orxan Nəzərli deyib.
"2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 149 min və ya 9,6% artıb. 1 yanvar 2021-ci il tarixinə qeyri-neft və özəl sektorlarda bağlanmış əmək müqavilələrinin sayı 792 minə çatıb və ötən ilin əvvəli ilə müqayisədə 153 min artıb. Təhlillər göstərir ki, 2020-ci ildə bağlanmış əmək müqavilələrinin sayının artmasına yalnız iqtisadiyyatın qeyri-neft və özəl sektorları hesabına nail olunub", - deyə o, bu gün onlayn formatda keçirilən “Postpandemiya dövründə vergi sistemi” mövzusunda konfransda bildirib.
Nəzərlinin sözlərinə görə, əmək bazarında şəffaflığın yüksək dinamikası əmək haqqı fondunun həcminin artması ilə yanaşı, icbari sosial sığorta və digər sosial ödənişlər xətti ilə daxilolmaların artmasını şərtləndirib.
"Belə ki, 2020-ci ilin yekunları üzrə icbari sosial sığorta üzrə daxilolmalar 3 milyard 564 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricilərindən 21,6% və ya 632,6 milyon manat çoxdur. Bununla yanaşı, büdcədənkənar təşkilatlar hesabına daxilolmalar 2 milyard 118,1 milyon manat təşkil edib, bu isə 2019-cu illə müqayisədə 15,9% çoxdur", - deyə o əlavə edib.
DVX-nin rəisi qeyd edib ki, şəffaflığın artması pərakəndə ticarət şəbəkəsində dövriyyənin artmasına da təsir göstərib. "Əgər birinci rübdə (2020-ci ilin – İF) marketlərin orta aylıq dövriyyəsi 161 milyon 751,9 min manat təşkil edibsə, ikinci rübdə 191 milyon 806,3 min manata, üçüncü rübdə 208 milyon 532,2 min manata, dördüncü rübdə isə 221 milyon 466,9 min manata qədər artıb", – deyə o bildirib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət