2021-ci ilin yanvar ayında Azərbaycanda yanacaq istehlakçıları 172,1 milyon manat ($101,2 milyon) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 172,1 milyon manat və ya 5,4% gəlir əldə edilib”, - deyə məlumatda bildirilir.
2020-ci ilin yanvar ayı ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından gəlirlər 12,1% azalıb.
2020-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 40,8 milyon manat ($1,2 milyard) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 1,25 manat, “Super Euro-98” markalı benzinin 1 litri 1,4 manat, Aİ 92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir.*
N.Abbasova
Bayramov Brüsseldə “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak edəcək
Gürcüstan parlamentinin spikeri Azərbaycana rəsmi səfərə gəlib
Nazirlər Kabineti 2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini müəyyən edib
Azərbaycanın qərbində avtomobil yolunun əsaslı təmiri üçün AAYDA-ya 2 milyon manat ayrılacaq
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək