“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin “Bakı Fond Birjası” (BFB) QSC-də üzvlüyünə xitam verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
““Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin müraciəti əsasında Bakı Fond Birjasının Üzvlük komissiyası 2021-ci il fevralın 12-də qeyd olunan investisiya şirkətinin birja üzvlüyündən çıxarılması ilə bağlı qərar verib”, - deyə məlumatda bildirilir.
“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC 2019-cu ilin oktyabr ayında Bakı Fond Birjasının üzvlüyünə qəbul edilmişdi. 2020-ci il fevralın 12-də cəmiyyətin üzvlüyü 1 il müddətinə dondurulmuşdu.
Daha əvvəl “Plato Capital” “Plato Management” adı altında fəaliyyət göstərib. Şirkət 2002-ci ildə "Texnika Bank" tərəfindən “Texnika Capital Management” adı altında təsis edilib. "Texnika Bank"ın lisenziyası ləğv edildikdən sonra şirkət “Capital Management” adlandırılıb.
2018-ci ildə şirkətin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə satılıb. Şirkətin nizamnamə kapitalı 580 min manat təşkil edir.
Hazırda BFB-nin 9 üzvü var.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət