Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) 3 aviaşirkətin RF-nin 11 şəhərindən Bakıya uçuşlar həyata keçirməsinə icazə verib.
"Qurumun martın 3-də keçirilmiş iclasının yekunları üzrə “Azimut”, “Red Wings” və “Ural Hava Yolları” aviaşirkətlərinin Bakıya reyslər yerinə yetirməsinə icazə verilməsi ilə bağlı qərar qəbul edilib", - deyə “İnterfaks-Azərbaycan” agentliyinin malik olduğu sənəddə bildirilir.
“Rosaviasiya”nın qərarına əsasən, “Red Wings” aviaşirkətinin həftədə 2 dəfə Jukovski-Bakı marşutu, “Azimut” aviaşirkətinin isə həftədə 2 dəfə Mineralnıye Vodı-Bakı marşrutu üzrə reyslər yerinə yetirməsinə icazə verilib.
Bundan başqa, “Ural Hava Yolları” aviaşirkətinin Mahaçqala, Rostov-na-Donu, Novosibirsk, Perm, Krasnoyarsk, Kalininqrad, Nijni Novqorod, Həştərxan və Ufadan Bakıya uçuşlar həyata keçirməsinə icazə verilib. Aviaşirkət bu şəhərlərdən Bakıya reysləri həftədə üç dəfə yerinə yetirməyi planlaşdırır.
Federal Hava Nəqliyyatı Agentliyinin saytında qeyd olunur ki, uçuşlara icazənin verilməsi qərarı əmrdə göstərilmiş beynəlxalq marşrutlar üzrə uçuşların bərpası üçün əsas deyil. İcazə - aviaşirkətin uçuşların bərpası zamanı istifadə edə biləcəyi hüquqdur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət