Azərbaycan “The Heritage Foundation” tərəfindən tərtib olunan Economic Freedom Index 2021 iqtisadi azadlıq reytinqində 6 mövqe irəliləyərək 38-ci yerdə qərarlaşıb.
Reytinqin nəticələri təşkilatın saytında dərc olunub. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Azərbaycanın iqtisadi azadlıq üzrə ümumi göstəricisi mümkün 100 baldan 70,1 bal təşkil edib. Ölkəmiz “əsasən iqtisadi azad” kateqoriyasına daxildir.
“Azərbaycan Avropa regionunun 45 ölkəsi arasında 23-cü yerdədir, onun ümumi balı regional ortalamaya bərabərdir, lakin dünya ortalamasından yüksəkdir. Azərbaycan iqtisadiyyatı böyük iqtisadi azadlıqdan faydalanmağa davam edir. Ölkənin 2021-ci ildəki ümumi balı “əsasən azad” kateqoriyasına keçidə imkan verib. Bu statusu qorumaq üçün hökumət bu il indeksin mülkiyyət hüququ, məhkəmə sisteminin effektvliyi kimi göstəricilərində əldə etdiyi irəliləyişi davam etdirməlidir”, - “The Heritage Foundation”ın hesabatında deyilir.
Reytinq üzrə Azərbaycanın qonşuları Belçika (70,1 bal, 37-ci yer) və İspaniya (69,9 bal, 39-cu yer) olub.
İqtisadi azadlıq indeksi 4 kateqoriyaya bölünmüş 12 göstərici üzrə tərtib olunur: hüquq effektivliyi, requlyativ effektivlik, hökumətin fəaliyyəti və bazarların açıq olması.
Azərbaycan üçün ən yüksək qiymətlər – fiskal sağlamlıq (99,4 bal) və vergi yükü (88,1 bal) müəyyən edilib.
Reytinqə ardıcıl ikinci il Sinqapur başçılıq edir. Ölkə mümkün 100 baldan 89,7-ni toplayıb. İlk üçlükdə Yeni Zelandiya (83,9 bal) və Avstraliya (82,4) da yer alıb. Həmçinin ilk beşliyi İsveçrə və İrlandiya daxil olub.
Reytinqdə Rusiya 92-ci, Türkiyə - 76-cı, İran – 168-ci, Gürcüstan – 12-ci, Ermənistan 32-ci yerdə qərarlaşıb.
Reytinqi KXDR və Venesuela tamamlayıb.
İlk dəfə keçən ilə qədər ardıcıl 25 il reytinqə başçılıq etmiş və yalnız ötən il liderliyi Sinqapura təhvil vermiş Çinin xüsusi inzibati zonası olan Honkonq iqtisadi azadlıq reytinqinə daxil olmayıb.
“Bu il indeks yalnız hökumətlərin iqtisadi siyasətlər üzərində suveren nəzarəti həyata keçirdiyi müstəqil ölkələrdə iqtisadi azadlığı ölçüb. Beləliklə, Honkonq və Makao indeksə daxil edilməyib”, - müəlliflər məsələyə aydınlıq gətiriblər.
Bu reytinq hər il mütəxəssislər tərəfindən iqtisadi və ticarət azadlıqlarının dərəcəsi, investisiya açıqlığı, dövlətin iqtisadiyyata müdaxiləsi, korrupsiya faktoru və s. nəzərə alınmaqla 10 əsas kateqoriya üzrə hesablamalar əsasında tərtib olunur. Müxtəlif səbəblərdən hesabat müəllifləri bu il üçün reytinqdə İraq, Liviya, Lixtenşteyn, Somali, Suriya və Yəmən kimi ölkələri qiymətləndirə bilməyiblər.
Ölkə reytinqləri 1995-ci ildən bəri dərc olunur. Ölkəyə verilə biləcək maksimum indeks 100 baldır ki, bu, mütləq azadlığı göstərir. Minimum indeks isə 0 baldır ki, bu da iqtisadi azadlığın heç olmadığı ölkələrə verilir. Reytinqdəki bütün ölkələr beş kateqoriyaya bölünür: “azad, “əsasən azad”, “orta dərəcəli azad”, “əsasən qeyri-azad” və “qeyri-azad”. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət