2021-ci ilin əvvəlinə Azərbaycanın sənaye parkları və məhəllələrində istehsalın həcmi 16 milyard 149,3 milyon manat təşkil edib (cari məzənnə ilə $3 milyard 617,2 milyon). Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi hökumətin 2020-ci il ərzində hesabatına istinadən məlumat verir.
İnvestisiyaların ümumi həcmindən 6 milyard 76,3 milyon manat sənaye parklarının rezidentləri tərəfindən yatırılan sərmayələr, 73 milyon manat – sənaye məhəllələrinin rezidentlərinin sərmayələri təşkil edib.
2020-ci ildə parkların və məhəllərin rezidentləri tərəfindən 345,8 milyon manat, həmçinin, sənaye parklarının rezidentləri tərəfindən – 335 milyon manat, sənaye məhəllələri tərəfindən – 10,8 milyon manat sərmayə yatırlıb.
2020-ci ildə daha çox sərmayə Sumqayıt Kimya Sənaye Parkı – 296,3 milyon manat, Mingəçevir Sənaye Parkı – 28,4 milyon manat və Hacıqabul sənaye məhəlləsi – 10,5 milyon manat tərəfindən yatırılıb.
Bütövlükdə, Azırbaycanın sənaye zonalarında layihələr üzrə ümumi sərmayələrin həcmi 6 milyard 644,8 milyon manat təşkil edib, bunun 6 milyard 541,8 milyon manatı – sənaye parklarına, daha 103 milyon manatı – sənaye məhəllələrinə yatırllıb.
Hazırda sənaye zonalarında 80 şirkət rezident statusuna malikdir, onlardan 650-si sənaye parklarında, 30-u sənaye məhəllərindədir.
Hesabata əsasən, 2020-ci ildə sənaye zonalarında 1 milyard 270,4 miılyon manat məbləğində məhsul istehsal olunub. Bunun 355,8 milyon manat məbləində məhsul ixrac edilib
İstehsalın ən çox artımı SKSP-nin rezidentlərinin payına düşüb. 2020-ci ildə həmin rezidentlər tərəfindən 1 milyard 132 milyon manat məbləğində məhsul istehsal olunub. 336 milyon manat məbləğində məhsul ixrac edilib.
Hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları və Neftçala, Masallı və Hacıqabul sənaye məhəllələri fəaliyyət göstərir. Sabirabad və Şərur sənaye məhəllələri isə yaradılma mərhələsindədir.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət