Hazırkı dövrədək Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 460 minə yaxın şəxs vaksinasiya olunub. Bu barədə baş nazir Əli Əsədov məlumat verib.
“Məlum olduğu kimi, Koronavirusla Mübarizəyə Dəstək Fondunda 114 milyon manat vəsait toplanmışdı. Bu vəsaitlər vaksinlərin alınmasına yönəldilib və hazırkı dövrdə ölkədə 460 min nəfərə yaxın şəxs peyvənd olunub”, - deyə Əsədov bu gün parlamentin plenar iclasında hökumətin 2020-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı bildirib.
Azərbaycan əhalisinin sayı 10,1 milyon nəfəri ötür.
Hazırda Azərbaycanda peyvəndlənmə “CoronaVac” peyvəndi ilə həyata keçirilir. 4 milyon doza “CoronaVac” peyvəndinin ölkəyə gətirilməsi haqqında $50 milyon dəyərində müqavilə bağlanıb.
Bundan başqa, Azərbaycan Rusiya Federasiyasının “Human Vaccine” MMC ilə 300 min doza “Sputnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı haqqında müqavilə bağlayıb. İdxal 180 gün müddətində həyata keçiriləcək. Həmçinin “AztraZeneca” şirkətinə məxsus 432 min doza COVID-19 vaksininin ölkəyə gətirilməsi haqqında da müqavilə bağlanıb. Eyni zamanda, COVAX platforması (dəyəri $21 milyondan çox) çərçivəsində də vaksinin alınması planlaşdırılır.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” çərçivəsində həyata keçirilir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət