“Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektivli strukturlarında kəşfiyyat işlərinin nəticələrinin ilkin interpretasiyası bu strukturlarda neft-qaz ehtiyatlarının yüksək olduğunu təsdiq edib, ehtiyatların dəqiqləşdirilməsi məqsədi ilə kəşfiyyat qazması həyata keçirilə bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“Norveçin “Equinor” şirkəti 2018-ci ilin ikinci yarsında “Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektivli strukturlarında kəşfiyyat işlərinə start verib. 2019-cu ildə burada 2D və 3D seysmik kəşfiyyat işləri tamamlanıb. Nəticələr 2020-ci ildə emal olunub, hazırda nəticələrin interpretasiyası davam edir”, - deyə məlumatda bildirilir.
İnterpretasiya prosesinin ilkin yekunları bu strukturlarda neft-qaz ehtiyatlarının gözlənildiyindən daha yüksək olduğunu göstərir. Qarşıdakı dövrdə ehtiyatların dəqiqləşdirilməsi məqsədi ilə kəşfiyyat qazması həyata keçirilə bilər.
31 may 2018-ci il tarixində Bakıda SOCAR və “Equinor” arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında saziş və “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalanıb.
Sazişlər 2018-ci il iyunun 29-da Milli Məclisdə ratifikasiya edilib, iyulun 5-də isə qüvvəyə minib. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb.
Əşrəfi-Dan Ulduzu-Aypara müqavilə sahəsi Bakıdan 50 km şərqdə, Azərbaycanın sahil xəttindən (Abşeron yarımadası) 14 km şərqdə və Çilov və Pirallahı adalarından 7 km şərqdə yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 20-225 metr arasında dəyişir.
13 milyard kubmetr qaz və 17 milyon ton kondensat ehtiyatına malik olan “Əşrəfi” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 100 kilometr şərqdə yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 250 metrdən 450 metrə kimi dəyişir.
“Əşrəfi-Dan Ulduzu” strukturlar blokunun işlənməsi haqqında müqavilə 1997-ci ildə BР (30%), “Unocal” (25,5%), “Itochu” (20%) və “Delta HESS” (4,5%) arasında imzalanıb. Bu layihədə SOCAR-ın payı 20% təşkil edib. “Əşrəfi” yatağında kəşfiyyat işləri çərçivəsində az həcmdə - 20-40 milyon ton karbohidrogen ehtiyatları aşkarlanıb. Müqavilə 2000-ci il martın 7-də hüquqi qüvvəsini itirib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət