Balaxanı Sənaye Parkında daha 3 rezident qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verir.
Xüsusilə, kimyəvi təmizlik vasitələri və kağız məhsulları istehsalı ilə məşğul olacaq “Horeca” MMC xammal kimi kimyəvi maddələr və kağız tullantılarından istifadə edəcək. İl ərzində 1000 ton kimyəvi təmizlik vasitələri və 1500 ton kağız məhsullarının istehsalını nəzərdə tutan layihənin dəyəri 2,4 mln. manatdır. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunacaq.
“Buta Project” MMC hidroizolyasiya və dam örtükləri istehsal etməyi planlaşdırır. Dəyəri 1 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 3,2 milyon m² izolyasiya materialı istehsal ediləcək.
Polietilen tullantıların emalı nəticəsində qranul istehsalı üzrə ixtisaslaşacaq “Chameleon Group” MMC isə il ərzində 1 min ton məhsul istehsal edərək əsasən daxili bazarı təmin etməyi nəzərdə tutur. Layihənin ümumi dəyəri 250 min manatdır.
Balaxanı Sənaye Parkı prezident İlham Əliyevin 28 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsis edilib. 2012-ci il dekabrın 19-da dövlət başçısının iştirakı ilə Balaxanı Sənaye Parkının təməli qoyulub. Parkın yaradılmasında məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial investorlar üçün əlverişli şəraitin yaradılması, ölkədə yaşıl biznesin, tullantıların təkrar emalı sənayesinin inkişaf etdirilməsidir.
Hazırda Balaxanı Sənaye Parkının 22 rezidentindən 16-si artıq fəaliyyət göstərir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət