2020-ci ilin yekunları üzrə “AtaSığorta” şirkətinin xalis mənfəəti 744 min 228,52 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“AtaSığorta” 2019-cu ili 663,215 min manat məbləğində xalis mənfəətlə başa vurub. Beləliklə, 2020-ci ildə şirkətin mənfəəti 12,2% artıb.
Şirkətin dərc edilmiş maliyyə hesabatına əsasən, hesabat ilində onun gəlirləri 18 milyon 980 min 867,74 manat, sığorta haqları 13 milyon 895,996 min manat (2019-cu illə müqayisədə azalma 23% - İF), investisiya gəlirləri 1 milyon 579,344 min manat təşkil edib, qalan gəlirlər isə digər maddələr üzrə əldə edilib.
2020-ci ildə “AtaSığorta”nın xərcləri 18 milyon 94,544 min manat, o cümlədən sığorta ödənişlərinin həcmi 8 milyon 714,091 min manat (2019-cu illə müqayisədə azalma 40,4%), sığorta işinin aparılması xərcləri 7 milyon 662,713 min manat, təkrar sığortaya verilən risklər 1 milyon 202,234 min manat təşkil edib, qalan xərclər digər maddələrin payına düşüb.
2020-ci ildə şirkətin vergi ödənilənədək mənfəəti 886 min 324,21 manat təşkil edib. Ötən il “AtaSığorta” 142 min 95,69 manat mənfəət vergisi ödəyib.
2020-ci ildə şirkətin aktivləri 9,9% - 21 milyon 960,879 min manatadək, öhdəlikləri 21,5% - 11 milyon 448,304 min manatadək azalıb, kapitalı isə 7,6% - 10 milyon 512,575 min manatadək artıb.
Hesabat ilində şirkətin nizamnamə kapitalı 14,6 milyon manat səviyyəsində qalıb.
2020-ci ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 17,8% - 4,84 milyon manatadək azalıb.
“AtaSığorta” şirkəti 2004-cü ilin sentyabr ayında fəaliyyət üçün lisenziya alıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət