2020-ci ildə fəaliyyətinin yekunları üzrə “PAŞA Sığorta” ASC-nin xalis mənfəəti 20 milyon 634,926 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ilin yekunları üzrə “PAŞA Sığorta” ASC-nin xalis mənfəəti 31 milyon 78,868 min manat təşkil edib. Beləliklə, 2020-ci ildə şirkət xalis mənfəətini 33,6% azaldıb.
Şirkətin audit rəyi ilə təsdiq olunmuş maliyyə hesabatına əsasən, ötən il onun gəlirləri 177 milyon 253,456 min manat, sığorta haqları 154 milyon 654,339 min manat (2019-cu illə müqayisədə artım 6,3% - İF), təkrar sığorta üçün alınan sığorta haqları 8 milyon 474,144 min manat təşkil edib (artım 84,2%). Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
2020-ci ildə şirkətin xərcləri 148 milyon 54,574 min manat təşkil edib. Sığorta ödənişlərinin həcmi 71 milyon 452,031 min manata (2019-cu illə müqayisədə artım 35,3% - İF), sığorta işinin aparılması xərcləri 32 milyon 288,05 min manata, təkrar sığortaya verilən risklər 41 milyon 823,361 min manata çatıb. Qalan xərclər digər maddələrin payına düşüb.
Ötən il “PAŞA Sığorta”nın vergi ödənilənədək mənfəəti 29 milyon 198,882 min manat təşkil edib. 2020-ci ildə şirkət 8 milyon 563,956 min manat məbləğində mənfəət vergisi ödəyib.
Hesabat ilində sığorta şirkətinin aktivləri 11,1% - 223 milyon 558,122 min manatadək, öhdəlikləri 25,9% - 146 milyon 903,243 min manatadək artıb, kapitalı 9,4% - 76 milyon 654,879 min manatadək azalıb.
2020-ci ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 1,7% - 30 milyon 820,37 min manatadək azalıb.
“PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” 2006-cı ilin iyul ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkətin nizamnamə kapitalı 50 milyon manata bərabərdir. Şirkət sığorta haqlarının yığım və ödəniş həcminə görə sığorta şirkətlərinin ilk üçlüyündə yer alır. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət