2020-ci ilin yekunları üzrə “PAŞA Həyat Sığorta” şirkətinin xalis mənfəəti 21 mln. 773 min 569,5 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2019-cu ilin yekunları üzrə şirkətin xalis mənfəəti 32 mln. 13,215 min manat təşkil edib. Beləliklə, 2020-ci ildə “ PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 32% azalıb.
Şirkətin auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, 2020-ci ildə şirkətin gəlirləri 312 mln. 34 min 579,4 manat, sığorta haqları 243 mln. 31,275 min manat (2019-cu illə müqayisədə artım 14,5% - İF), investisiya gəlirləri 24 mln. 820,101 min manat, müsbət xalis sığorta ehtiyatları 43 mln. 639,621 min manat təşkil edib, bu da gəlirlərin artmasına gətirib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il şirkətin xərcləri 282 mln. 554 min 525,43 manat, sığorta ödənişləri 222 mln. 976,672 min manat (2019-cu illə müqayisədə artım 2,2 dəfə - İF), sığorta işinin aparılması xərcləri 54 mln. 480,272 min manat həcmində olub, qalan xərcləri digər maddələr təşkil edib.
Hesabat ilinin yekunları üzrə “PAŞA Həyat Sığorta” şirkətinin vergi ödənilənədək mənfəəti 29 mln. 480 min 53,97 manat, mənfəət vergisi üzrə ödənişləri 7 mln. 706 min 484,47 manat təşkil edib.
Ötən il şirkətin aktivləri 1% - 396 mln. 256,15 min manata qədər azalıb, öhdəlikləri 0,2% – 327 mln. 802,352 min manata qədər artıb, kapitalı 6,1% - 68 mln. 453,798 min manata qədər azalıb.
Hesabat ilində şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 15,7% - 129 mln. 758,765 min manatadək azalıb.
“PAŞA Həyat Sığorta” şirkəti 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkətin nizamnamə kapitalı 40,25 mln. manata bərabərdir. Şirkətin yeganə səhmdarı “PAŞA Holdinq”dir. Şirkət sığorta haqları yığımı və həyata keçirilən ödənişlərin həcminə görə bazarda liderdir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət