“AzerGold” QSC müxtəlif obyektlərin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün şirkət seçir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə iştirak haqqı 200 manatdır.
Görüləcək işlərin həcminə eskiz layihənin hazırlanması, geoloji quyuların qazılması və hesabatların hazırlanması, topoqrafik planlama işlərinin icra edilməsi, Çovdar Filiz Emalı Sahəsi üçün ümumi Baş Plan və onunla əlaqədar cizgilərin hazırlanması, Quşçu kənd orta məktəbinin əsaslı təmir işlərinin layihələndirilməsi, mövcud yeməkxana binası üçün havalandırma sisteminin layihələndirilməsi, mövcud kimyəvi anbarlar üçün havalandırma sisteminin layihələndirilməsi, çay üzərində olan piyada körpüsünün layihələndirilməsi, yanğın təlimlərinin keçirilməsi üçün təlim yerinin layihələndirilməsi (4 mx4m), Texniki xidmət və inzibati dəstək bölməsi üçün qapalı anbarın yaradılması, Çovdar Filiz Emalı Sahəsi üçün su xəttinin layihələndirilməsi, elektrik xəttinin layihələndirilməsi (Daşkəsən yarımstansiyasından Çovdar Filiz Emalı sahəsinə) üçün layihə-smeta sənədlərinin hazırlanması daxildir.
İşlərin yerinə yetirilmə müddəti 8 aydır.
Şirkətlər təkliflərini 6 may saat 15:00-a qədər təqdim edə bilərlər. Tender proseduru 7 may saat 15:00-da baş tutacaq.
Telefon: 012-505-02-02, Aygül Tağıyeva.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Hazırda “AzerGold” yalnız “Çovdar” yatağından yerüstü işlənmə mərhələsi çərçivəsində qızıl və gümüş hasilatı və ixracını həyata keçirir.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət