Dünya Bankının (DB) Direktorlar Şurası yaxın üç ay ərzində Azərbaycan üzrə yeni yol layihəsini təsdiq etməyi planlaşdırır. Bunu DB-nin Bakı ofisinin rəhbəri Sara Maykl deyib.
"Salyan-Biləsuvar avtomobil yolunun yenidən qurulması layihəsi son hazırlıq mərhələsindədir və növbəti üç ay ərzində DB-nin İdarə Heyəti tərəfindən təsdiq olunacaq", - deyə Maykl "İnterfaks-Azərbaycan" agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, layihə yol şəraitinin yaxşılaşdırılması ilə yanaşı, avtomobil yolunun keçdiyi regionun iqtisadi inkişafına da yönəlib.
"Bu, bir növ təkamüldür - Azərbaycanda 25 il ərzində bir neçə nəqliyyat layihələrimiz olub. İndiki layihə də nəqliyyat layihəsidir, lakin o, əsasən regional əlaqələrə fokuslanır. Bundan başqa, vəsaitin bir hissəsindən avtomobil yolunun keçdiyi regionun iqtisadi imkanlarının inkişafı üçün istifadə edilməsi planlaşdırılır", - deyə Maykl qeyd edib.
Xəbər verildiyi kimi, kreditin "Avtomobil yollarının bərpası və iqtisadi imkanların yaradılması" layihəsi çərçivəsində ayrılması planlaşdırılır. Kreditin ümumi məbləği $65 milyon təşkil edəcək.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $3,5 milyard məbləğində kredit ayırıb.
Sara Maykl ilə müsahibənin tam mətni www.interfax.az saytında dərc olunacaq.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət