“Ziraat Bank Azerbaycan” ASC 2020-ci ildə ticarət sahəsinin kreditləşdirilməsini 13,4% - 55,77 milyon manata qədər artırıb. Bu barədə bankın ötən ilə dair auditi aparılmış hesabatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, ümumi müştəri kreditlərinin 32,9%-i (2019-cu ildə 31,3%) ticarət sahəsinin payına düşüb.
Hesabat dövründə bank istehsal sahəsinin kreditləşdirilmə həcmini 92,7% - 46,044 milyon manata qədər, səhiyyə sahəsinin kreditləşdirilməsini 4,7 dəfə - 14,015 milyon manata qədər, kənd təsərrüfatı sahəsinin kreditləşdirilməsini 38% - 12,629 milyon manata qədər artırıb.
Eyni zamanda, ötən il bank tikinti sahəsinin kreditləşdirilməsini 18,757 milyon manata qədər (azalma 55,9%), xidmət sahəsinin kreditləşdirilməsini 15,561 milyon manata qədər (azalma 2,3%), maliyyə institutlarının kreditləşdirilməsini 3,4 milyon manata qədər (azalma 36,8%), fiziki şəxslərin kreditləşdirilməsini 3,336 milyon manata qədər (azalma 58,8%) azaldıb.
2020-ci ilin yekunları üzrə bankın kredit portfeli (rezervləşdirmə nəzərə alınmadan - İF) 169,512 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 7,9% çoxdur.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü il dekabrın 30-da "Ziraat Bank Azerbaycan" ASC-yə bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət