2020-ci ildə Hesablama Palatası tərəfindən 41 yoxlama aparılıb. Bu barədə Palatanın sədri Vüqar Gülməmmədov məlumat verib.
“Keçən il pandemiya ilə əlaqədar planlaşdırdığımızdan 25% daha az yoxlama aparmışıq. Hesabat dövründə 34 audit yoxlaması, 4 analitik tədbir və 3 monitorinq keçirilib”, - deyə o, bu gün parlamentin plenar iclasında Hesablama Palatasının 2020-ci ildəki fəaliyyətinə dair hesabatla çıxış edərkən bildirib.
2019-cu illə müqayisədə 2020-ci ildə həyata keçirilən nəzarət tədbirlərinin sayı 35% azalıb.
Gülməmmədovun sözlərinə görə, yoxlamalar nəticəsində 130,3 milyon manat məbləğində pozuntular aşkar edilib.
“Pozuntular daha çox büdcə qanunvericiliyi (56,6%), əsas investisiya (22,8%), vergi və gömrük qanunvericiliyinin tələblərinə (11,8%) əməl edilməməsi ilə bağlı olub. 2020-ci ildə aparılmış yoxlamaların nəticələrinə görə, 51,9 milyon manat məbləğində vəsait bərpa olunub, 2021-ci il ərzində isə daha 3,3 milyon manat bərpa ediləcək”, - deyə o qeyd edib.
Hesablama Palatasının sədri əlavə edib ki, əvvəlki illərdə aparılmış yoxlamalar üzrə 2020-ci ildə 2,4 milyon manat vəsait bərpa olunub, bunun 1,8 milyon manatı dövlət büdcəsinə bərpa edilib.
“Beləliklə, 2020-ci ildə 53,7 milyon manat məbləğində vəsait bərpa olunub ki, bunun da 52,8 milyon manatı pul ifadəsində, 0,9 milyon manatı isə natural ifadədə bərpa edilib”, - deyə Gülməmmədov bildirib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət