Azərbaycan prezidenti İlham Əliyev “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin özəlləşdirilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, cəmiyyətin özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə satışı üsulu ilə həyata keçiriləcək, özəlləşdirilmədə yerli investorlarla yanaşı xarici investorlar da iştirak edəcək.
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC 2018-ci ildə yaradılıb və "Azərbaycan Sənaye Korporasiyası" (ASK) ASC-nin strukturuna daxildir. Cəmiyyətin nizamnamə kapitalı 22 milyon 257 min 298,41 manatdır.
“Azərtütün”ün balansında Balakən, Zaqatala, Qax və Şəkidə 266 ədəd müasir qurutma kamerası, anbarlar, ofislər, tütün istehsalı və emalı üzrə 4 məntəqə, Zaqatalada tütün emalı üzrə bir zavod fəaliyyət göstərir.
Ümumilikdə, “Azərtütün”ün müəssisələrində 194 daimi iş yeri açılıb, daha 500-550 nəfər mövsümi işlərə cəlb olunur. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət