Azərbaycanın materik hissəsinin Naxçıvan Muxtar Respublikası (NMR) ilə birləşdirilməsi üçün avtomobil yolunun tikintisinə başlanılıb. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.
“Hesab edirik ki, Azərbaycan və NMR arasında avtomobil yolunun tikintisini maksimum dərəcədə sürətlə başa çatdırmaq lazımdır. Artıq işlər başlayıb və davam edir. Bu yol başa çatdıqdan dərhal sonra Azərbaycandan Naxçıvana dəmir yolunun tikintisinə başlanılacaq”, - deyə Karaismailoğlu Türkiyənin “Yeni Şafak” qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycanla Türkiyə arasında NMR ərazisindən nəqliyyat əlaqəsinin təşkili məsələsi Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin bu yaxınlarda Ankaraya səfəri zamanı müzakirə olunub.
“Azərbaycan və NMR arasında nəqliyyat dəhlizinin yaradılmasının detalları razılaşdırılıb. Azərbaycan NMR-də dəmir yolunun tikintisinə 2021-ci ilin dekabrında başlamağı planlaşdırırdı, lakin avtomobil yolunun tikintisi daha tez başa çatacağı üçün ondan dərhal sonra dəmir yolunun tikintisinə başlamaq olar”, - deyə nazir bildirib.
A.Karaismailoğlu əlavə edib ki, NMR-də dəmir yolu əsaslı təmir olunmalıdır ki, istismara yararlı vəziyyətə gətirilsin.
“Biz, həmçinin Qarsdan Naxçıvana dəmir yolu qolunu Dilucuya (Türkiyə ilə Azərbaycan arasında Dilucu sərhəd keçid qapısı - İF) qədər uzatmaq barədə razılığa gəlmişik. Bu, Azərbaycanla Gürcüstan vasitəsilə deyil, NAR vasitəsilə əlaqə yaratmağa imkan verəcək”, - deyə nazir vurğulayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət