“Technip” şirkəti EPC-müqavilə çərçivəsində (Engineering, Procurement and Construction) Sumqayıtda “Etilen-polietilen” zavodunun modernləşdirilməsi və yenidənqurma üzrə işləri başa çatdırıb. Bu barədə şirkətdən məlumat verilib.
“Azərbaycanda “Azərkimya”nın modernləşdiriməsi layihəsi üzeə işlərimizi vaxtında başa çatmasını təmin etmək məqsədilə COVİD-19 pandemiyası çağırışlarının öhdəsindən gəldik. Neft-kimya müəssisəsinin (“Elitel-polietilen” - İF) əsaslı təmiri sona şatıb, zavod sifarişçiyə təhvil verilib və tam istifadəyə verilib. 2020-ci ilin oktyabr ayından etibarən zavodda sifarişlə etilen və propilen istehsal edilir”, - şirkət qeyd edir Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
“Technip”in məlumatına görə, sınaqlar göstərir ki, layihənin bir hissəsi kimi tətbiq olunan bütün texnoloji dəyişikliklərin düzgün işləyib. “Müqavilə istismar sınaqları fevral ayında uğurla başa çatıb və zavod etilen və propilen üçün istehsal gücünə və keyfiyyət tələblərinə cavab verib”, - məlumatda deyilir.
“Layihənin bütün mərhələlərində - layihələndirmədən, satınalma, inşası və istismara verilməsinə qədər bütün mərhələlərdə nəzərə alan “Technip Energies”in yüksək keyfiyyət standartları, müəyyən olunmuş hədəflərə problemsiz çatmağını təmin edib”, - məlumatda layihənin direktoru Stefano La Feminanın sözlərindən sitat gətirilir.
2016-cı il noyabrın 5-də “Azərikimya” İB və “TECHNİP İTALY S.p.A.” şirkəti Etilen-polietilen zavodunun yenidən qurulması layihəsi çərçivəsində EPC müqaviləsi bağlayıblar.
Bağlanmış saziş çərçivəsində işlərə EP-300 buxar krekinqi qurğusunun modernləşdirilməsi, “Technip”in lisenziyası ilə yeni krekinq sobalarının tikintisi; quru üsulla qazın təmizlənməsi üçün yeni blokun quraşdırılması, etilen və propilenin saxlanması üçün obyektlərin inşası daxildir
Layihənin reallaşdırılması illik etilen istehsalı həcmini 100-120 min tondan 192 min tonadək, propilen istehsalını 80-90 min tondan 187 min tonadək, o cümlədən, müəssisənin istismar müddətini 20 il artırmağa imkan verəcək. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət