Azərbaycan hökuməti və Böyük Britaniyanın "Anglo Asian Mining" (AAM) şirkəti Daşkəsən rayonunda yerləşən “Gədəbəy” qızıl yatağının işlənməsi haqqında müqavilənin müddətini 5 il – 2027-ci ilin mart ayına qədər uzadıb.
Xəbər verildiyi kimi, “Gədəbəy” yatağı Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində işlənilir və onun müddəti 2022-ci ilin mart ayında başa çatacaq.
“AAM 2020-ci ildə "Gədəbəy" müqavilə sahəsi üçün sazişin icazə verilmiş 10 ildən ilk 5 il müddətinə uzadılması prosesinə başlayıb. "Anglo Asian Mining plc" şirkəti Azərbaycan hökumətinin sazişin ilk 5 il müddətinə uzadılmasına razılıq verdiyini bildirməkdən məmnundur", - deyə şirkətin məlumatında bildirilir.
Bundan başqa, AAM qeyd edir ki, şirkət hazırda Azərbaycan hökuməti ilə mövcud müqavilə sahələrinin ərazisinin genişləndirilməsi və yeni müqavilə sahələrinin işlənilməsi üçün danışıqlar aparır.
“Mən çox şadam ki, şirkət xüsusilə kəşfiyyat proqramımızın (artıq “Zəfər” və “Avşanclı” yataqları daxil olmaqla bir sıra yeni faydalı qazıntı yataqları aşkarlanıb) davam etməsi ilə əlaqədar “Gədəbəy” müqavilə sahəsi üçün sazişin müddətinin uzadılmasına nail oldu”, - deyə şirkətin icraçı direktoru Reza Vəziri qeyd edib.
Vəziri, həmçinin AAM ilə Azərbaycan hökuməti arasında mövcud müqavilə sahələrinin genişləndirilməsi və yeni sahələrin lisenziyalaşdırılması ilə bağlı danışıqların yaxın vaxtlarda başa çatacağını gözləyir.
“Bu, şirkətə ölkədə fəaliyyətini genişləndirməyə imkan verəcək”, - deyə o bildirib.
Hazırda "Anglo Asian Mining" “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qızıl, gümüş və mis hasil edir. Hasilatın ən böyük həcmi “Gədəbəy” müqavilə sahəsinin payına düşür.
2020-ci ildə şirkət Azərbaycanda 67,249 min unsiya qızıl ekvivalentində qiymətli metal (azalma 18,4%), o cümlədən 56,864 min unsiya qızıl (azalma 18,9%), 2,591 min ton mis (artım 17,2%) və 122,962 min unsiya gümüş (azalma 22,8%) hasil edib. Ötən il “Gədəbəy” yatağından 54,71 min unsiya qızıl (azalma 14,7%) hasil edilib.
Azərbaycan 1997-ci il avqust ayının 21-də 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət