Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana aviareyslərin həyata keçirilməsi üçün altı aviaşirkətə icazə verib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
“Aprelin 21-də iclasın yekunlarına dair Rosaviasiya “Ural Hava Yolları”, «Red Wings», “Severnıy veter”, “İkar”, “İJAVİA”, “İrAero” aviaşirkətlərinə Azərbaycana uçuşların yerinə yetirilməsinə icazənin verilməsi barədə qərar qəbul edib”, - sənəddə deyilir.
Qərara əsasən, “Ural Hava Yolları” Voronej, İrkutsk və Omsk şəhərlərindən Bakıya reyslərin yetirnə yetirilməsi üçün icazə əldə edib. Həmin şəhərlərdən Bakıya reyslər həftədə üç dəfə planlaşdırılır.
“Red Wings” həftədə 7 dəfə Jukovski-Bakı, həftədə 4 dəfə Jukovski-Gəncə reyslərinin yerinə yetirilməsinə icazə əldə edib.
“Severnıy veter” aviaşirkəti həftədə 7 dəfə Kaliniqrad və Vladikavkazdan Bakıya, “İkar” aviaşirkəti həftədə 7 dəfə Vladikavkaz-Bakı reysinin yerinə yetirilməsinə icazə əldə edib.
Həmçinin, “Rosaviasiya”nın qərarı ilə “İJAVİA” aviaşirkəti həftədə 2 dəfə Minvodı, Omsk, Kazan, Samara və Ufa şəhərlərindən Bakıya reyslərin yerinə yetirilməsinə icazə əldə edib.
“İrAero” aviaşirkəti həftədə 2 dəfə Samara, Ufa və Moskvaətrafı “Jukovski” aeroportundan Bakıya reyslərin yerinə yetirilməsi üçün icazə əldə edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət