“Yelo Bank”ın (“LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov tərəfindən nəzarət edilir) Müşahidə Şurası bankın 2021-2023-cü illər üçün inkişaf strategiyasını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın İdarə Heyətinin sədri Anar Həsənov məlumat verib.
“Müşahidə Şurası ötən həftə 3 illik (2021-2023-cü illər) strategiyanı təsdiq edib. Strategiyanın məqsədi “Yelo Bank”ı pərakəndə banka çevirməkdir. Əvvəlki illərdə bank daha çox korporativ sektora istiqamətlənmişdi, lakin indi biz riteyl-bank olmaq niyyətindəyik”, - deyə Həsənov bildirib.
Onun sözlərinə görə, bank strategiya çərçivəsində istehlak kreditləşməsi ilə yanaşı, mikrokreditləşməni də inkişaf etdirməyi planlaşdırır. “Məqsədimiz mikrokreditləşmə sahəsində Azərbaycan banklarının ilk 3-nə daxil olmaqdır”, - deyə sədr vurğulayıb.
Həsənov əlavə edib ki, yeni strategiya çərçivəsində bank filial şəbəkəsinə yanaşmaları yenidən nəzərdən keçirəcək. “Bunun çərçivəsində bir sıra filialların yerləşdiyi yerin dəyişdirilməsi, eləcə də yeni filialların açılması mümkündür. Lakin bu məsələlər hələ müzakirə mövzusudur”, - deyə o qeyd edib.
İdarə Heyətinin sədri əlavə edib ki, “Yelo Bank” digər kredit təşkilatları ilə birləşməyi planlaşdırmır.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” QSC-dir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət