“PAŞA Həyat Sığorta” şirkəti 2021-ci ilin birinci rübündə sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Tənzimləyicinin məlumatına görə, hesabat dövründə “PAŞA Sığorta” 79,291 milyon manat və ya yanvar-mart ayları ərzində bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 31,8%-i həcmində sığorta haqqı toplayıb.
Şirkət müvafiq olaraq qeyri-həyat sığortası seqmentində birinci yerdə qərarlaşıb.
Qeyri-həyat sığortası seqmentində əldə edilmiş sığorta haqlarının həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə aşağıdakı şirkətlər də daxil olub: "Azərsığorta" (38,088 milyon manat), “Qala Sığorta” (16,231 milyon manat), “Xalq Sığorta” (6,637 milyon manat), “Meqa Sığorta” (7,047 milyon manat).
Həyat sığortası seqmentində sığorta haqlarının həcminə görə birinci yerdə “PAŞA Həyat Sığorta” şirkəti (53,201 milyon manat, ümumi sığorta haqlarının 21,4%-i), ikinci yerdə "Atəşgah Həyat" (10,756 milyon manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (3,537 milyon manat) qərarlaşıb. Hesabat dövründə “Xalq Həyat Sığorta” şirkəti 1,209 milyon manat, “Meqa Həyat Sığorta” – 76 min manat sığorta haqqı toplayıb.
Bütövlükdə, hesabat dövründə 216,073 milyon manat və ya sığortaçıların bütün sığorta haqlarının 86,8%-i bu 10 şirkətin payına düşüb.
Birinci rübdə sığorta şirkətləri arasında ən çox ödəniş “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 73,604 milyon manat və ya sığortaçıların bütün ödənişlərinin 50,7%-ni təşkil edib.
Müvafiq olaraq, “PAŞA Həyat Sığorta” şirkəti həyat sığortası seqmentində ödənişlərin həcminə görə lider olub. Bu seqmentdə ödənişlərin həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (9,74 milyon manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (841 milyon manat) qərarlaşıb. Hesabat dövründə “Xalq Həyat Sığorta” 73 min manat sığorta ödənişi həyata keçirib. “Meqa Həyat Sığorta” şirkəti tərəfindən sığorta ödənişi həyata keçirilməyib.
Öz növbəsində, "Azərsığorta" şirkəti isə qeyri-həyat sığortası seqmentində ödənişlər üzrə lider olub (28,165 milyon manat). Hesabat dövründə bu seqmentdə həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə “PAŞA Sığorta” (15,645 milyon manat), “Xalq Sığorta” (4,794 milyon manat), “Atəşgah” (2,638 milyon manat) və “A-Qroup” (2,598 milyon manat) daxil olub.
Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 138,098 milyon manatı və ya 95%-i bu 10 şirkətin payına düşüb.
Birinci rübün yekunları üzrə “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” bazar üzrə bütün sığorta haqlarının 53,2%-ni toplayıblar. Ödənişlərdə şirkətlərin xüsusi çəkisi 61,4% təşkil edib.
Mart ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət