2020-ci ildə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi $140 milyonu ötüb. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İxracın Təşviqi Departamentinin direktoru Tural Hacılı deyib.
“2020-ci ildə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi $140 milyonu ötüb, o cümlədən idxalın həcmi $116 milyon, ixracın həcmi $26 milyon təşkil edib. 2019-cu illə müqayisədə əmtəə dövriyyəsi 38%, idxal 43% azalıb, lakin COVID-19 pandemiyasının təsirinə baxmayaraq, Azərbaycan məhsullarının Qazaxıstana ixrac həcmi 8%-ə qədər artıb”, - deyə o, bu gün “Caspian Energy Club”ın təşkil etdiyi onlayn biznes forumda bildirib.
T.Hacılı, həmçinin qeyd edib ki, Azərbaycandan ixracın drayverləri plastik məhsullar, xüsusilə polipropilen, elektrik avadanlıqları, ərzaq məhsulları, eləcə də spirtli içkilərdir. Bundan başqa, Qazaxıstana meşə fındığı, alma və pomidor da ixrac edilir.
Direktor vurğulayıb ki, 2021-ci ilin birinci rübünün yekunları üzrə Azərbaycan ixrac fəaliyyəti tarixində ilk dəfə olaraq dəyəri $500 milyondan artıq olan qeyri-neft məhsulları ixrac edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət