Qazaxıstanda Azərbaycan Ticarət Evi mayın 25-nə kimi rəsmi olaraq açılacaq. Bu barədə Ticarət Evinin direktoru Hüseyn Cəbrayılov məlumat verib.
“Ticarət Evimiz 2019-cu ilin oktyabr ayından fəaliyyətə başlayıb, ancaq pandemiya ilə əlaqədar rəsmi açılış olmayıb. Yaxın vaxtlarda - mayın 25-nə kimi biz rəsmi açılış etməyi planlaşdırırıq”, - deyə Cəbrayılov bu gün Caspian Energy Club-ın təşkil etdiyi onlayn biznes forumda bildirib.
O, həmçinin qeyd edib ki, Ticarət Evinin fəaliyyət konsepsiyasında dəyişiklik edilib: orada təkcə sərgi mərkəzi deyil, həm də Azərbaycan məhsulları mağazası fəaliyyət göstərəcək. “Biz orada alıcılarımıza təbii şirələrimizi, qəlyanaltılar, konservləşdirilmiş məhsullar təqdim etmək istəyirik. Ticarət Evinin yaxınlığında Azərbaycan milli mətbəxinə məxsus təamların hazırlandığı “Dolma” restoranı da fəaliyyət göstərəcək”, - deyə Cəbrayılov əlavə edib.
Ticarət Evinin rəhbəri Rəhim Sultanov isə qeyd edib ki, cari ildə Ticarət Evinin bir sıra filiallarının açılması planlaşdırılır. “Sentyabrda Aktau şəhərində, ilin sonunda Almatıda, gələn il isə Aktobe, Şımkent və digər iri şəhərlərdə filialların açılması nəzərdə tutulur”, – deyə o bildirib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İxracın Təşviqi Departamentinin direktoru Tural Hacılı isə öz növbəsində, qeyd edib ki, bu günədək Qazaxıstandakı Azərbaycan Ticarət Evi vasitəsilə $150 mindən artıq məbləğdə məhsul ixrac edilib.
O, həmçinin deyib ki, cari ildən etibarən AZPROMO Azərbaycan Ticarət evlərinə fəal dəstək göstərməyi və iri ticarət şəbəkələrinə daxil olunması, bu nöqtələrdə marketinq aksiyalarının keçirilməsi, həmçinin Azərbaycan məhsullarının populyarlaşdırılması məqsədilə dequstasiya və digər tədbirlərin təşkili ilə bağlı işlər görməyi planlaşdırır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət