Yeni SOCAR istiqrazlarına abunə yazılışı 20 sentyabr tarixindən başlayacaq.
“Uzun müddətdən bəri investorlar tərəfindən ünvanlanan çoxsaylı müraciətləri və böyük tələbatı nəzərə alaraq, SOCAR tərəfindən daxili bazar üçün bu ilin 20 sentyabr tarixində yeni istiqrazlar buraxılacaq. SOCAR istiqrazlarına abunə yazılışı bu ilin 20 sentyabr tarixindən başlayacaq və 10 gün müddətində davam edəcək”, - deyə “SOCAR Capital” şirkətindən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
İstiqrazlara abunə yazılışında həm vətəndaşlarımız, həm də Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər iştirak edə biləcəklər. Satışlarda üstünlük ilk növbədə, fiziki şəxslərə veriləcəkdir (xarici fiziki və hüquqi şəxslər də təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər).
“Yeni SOCAR istiqrazları 5 illik müddətə buraxılacaq. İstiqrazlar hər birinin nominal qiyməti $1 min məbləğində 100 min ədəd səhmə bölünüb. İllik faiz dərəcəsi 4.5%-dir və faizlərin ödənişi rüblük qrafiklər əsasında həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.
SOCAR istiqrazlarını köşklərdən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkün olacaq.
İstiqrazların kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında yerləşdirilməsi planlaşdırılır. SOCAR istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaitləri müxtəlif layihələr üzrə öhdəliklərin maliyyələşdirilməsinə (Bakı Neft Emalı Zavodunun yenidən qurulması, Karbamid zavodunun tikintisi və s.) yönəltməyi nəzərdə tutur.
“SOCAR Capital”dan bildiriblər ki, $100 milyon həcmində emissiya olunan ilk istiqrazlara tələbat iki dəfədən artıq olub və hazırda təkrar bazar əməliyyatlarının həcmi rekord göstərici olan $200 milyon təşkil etməkdədir. İlkin istiqrazların 5 illik tədavül müddəti isə cari ilin oktyabr ayında yekunlaşacaq və istiqraz sahibləri toplamda $25 milyon gəlir əldə etmiş olacaqlar.
SOCAR 2016-cı ilin sentyabr ayında daxili bazarda $100 milyon həcmində istiqrazların ilk buraxılışını həyata keçirib. Şirkətin istiqrazlarına tələb $203,4 milyonu ötüb.
Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 100 min ədəd 5 illik istiqraza bölünüb. Kağızların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarının şaxələndirilməsi və əhali üçün yeni investisiya imkanlarının yaradılmasıdır. SOCAR istiqrazları üzrə gəlirlilik ildə 5% təşkil edir və faizlər hər 3 aydan bir ödənilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət