Zəngəzur dəhlizinin yaradılması nəinki region ölkələri üçün iqtisadi artım üçün təkan olacaq çox güclü layihədir. Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov belə hesab edir.
“Hesab edirəm ki, Qarabağa dair üçtərəfli razılıqlar reallaşdırılacaq. Lakin istənilən dərəcədə tezliklə yox, çünki maneələri aradan qaldırmaq lazım olacaq. Bu razılıqları üç qrupa bölmək olar. Birinci qrup – təcili humanitar məsələlər, ikinci qrup – siyasi-hüquqi məsələlər və üçüncü qrup – straterji məsələr”, - Markov “Region plus” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, humanitar məsələlərin birinci blokuna dair mürəkkəb danışıqlar aparılır və hər iki tərəf mövqelərinin maksimallaşmasına çalışır. “Bu uzun müddət uzadılmaya gətirə bilər. Bu səbəbdən, Rusiya tərəfi humanitar məsələlərin həllind paritet prinsipindən imtina etməyə və onları birtərəfli qaydada, lakin paralel kurs ilə, təxminən eyni templərlə həll etməyi təklif edir. Bu halda çox vaxt müqayisə olunmayacaq güzəştlərə dair ağır danışıqlar aparmaq zərurəti aradan qalxacaq”, - o qeyd edib.
İkinci blok – siyasi-hüquqi problemlərdir. “Burada əsas məsələ - rusiyalı sülhməramlılarının statusunun, onların yerləşmə zonalarının dəqiqləşdirilməsidir. Azərbaycanın bütün ərazisindən, erməni əhalisinin yaşadığı ərazi də daxil olmaqla, Ermənistanın bütün qoşunlarının çıxarılması prinsipinin icrası vacibdir”, - Markov hesab edir.
Üçüncü blok – strateji məsələlər, ilk növbədə, kommunikasiyaların bərpası məsələsidir. “Burada bir neçə növ kommunikasiyalar var. Birincisi – Qarabağda erməni əhalisinin yaşadığı ərazi ilə Ermənistan ərazisi arasındakı kommunikasiyalardır. Bu kommunikasiyalar bu gün tam fəaliyyət göstərir, lakin bu dəhlizin hüquqi statusu tam müəyyən olunmayıb, çünki bu hüquqi cəhətdən Azərbaycan ərazisidir, lakin hələlik oarada Azərbaycan hökuməti heç cür təmsil olunmur. Kommunikasiyaların ikinci növü – Qarabağın erməni əhalisinin yaşadığı ərazi ilə Azərbaycanın qalan ərazisi, yəni Xankəndi ilə Bakı, Xankəndi ilə Şuşa arasında olan kommunikasiyalardır. Tədricən əhalinin həmin nəqliyyat kommunikasiyalarından sakit şəraitdə istifadəsinə keçmək lazımdır ki, orada iqtisadi həyat bərpa olunsun və Qarabağın bütün rayonlarının əhalisi tədricən Azərbaycanın iqtisadi həyatına inteqrasoya olsun”, - o qeyd edib.
Onun fikrincə, üçüncü növ – Ermənistanla Rusiya arasında Azərbaycan ərazisindən keçməklə kommunikasiyalardır. “İndi orada marşrutun dəqiqləşdirilməsi aparılır, üç dövlətin baş nazirlərin müavinləri səviyyəsində komissiya bununla məşğul olur. Və dördüncü – daha güclü, siyasi və iqtisadi cəhətdən mühüm olan layihə, Zəngəzur dəhlizi, yəni Naxçıvan ilə Azərbaycanın əsas ərazisi arasında nəqliyyat kommunikasiyası. Zəngəzur dəhlizi reallşacağı halda dəmir yolu vasitəsilə Azərbaycan və Türkiyənin, həmçinin Rusiya və Türkiyənin güclü iqtisadiyyatlarını birləşdirəcək. Bu, hətta keçmədiyi iri ərazilərdə iqtisadi artımı üçün təkan ola biləcək çox güclü layihədir”, - Markov əlavə edib.
Politoloq hesab edir ki, Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı məsələ vacib olanlardan biridir. “Başa düşdüyüm qədər, fərq bundadır ki, Azərbaycan həmin nəqliyyat dəhilzi ilə daşınacaq olunacaq yüklərin və insanların müdafiəsi üçün ilk öncə bəzi toxunulmaz prinsipləri ilə real nəqliyyat dəhlizinin olmasını təklif edir. Ermənistan isə bunun ərazilərinin qismən qəsb olunması olacağından qorxur. Xüsusilə ona görə ki, əvvəllər Zəngəzur rayonu da Azərbaycanın tərkibində olub”, - o bildirib.
Markovun rəyinə görə, bundan əlavə, Ermənistan rəhbərliyi məğlubiyyətin çox ağır yükünü çiyinlərində hiss etdiyinə görə və əhalisinin bu məğlubiyyətlə əlaqədar qəzəbini duyduğuna görə bütün razılıqların reallaşdırılmasını ləngidir. “Buna görə danışılqra kifayət qədər uzun zaman ala bilər. Lakin Zəngəzur dəhlizinə dair danışıqlar nəticəsiz olarsa, bu, Ermənistanla Rusiya arasında Azərbaycan ərazisindən keçməklə nəqliyyat dəhlizinin reallaşmayacağı anlamına gələcək. Bu və digər kommunikasiyalar yalnız regiona, Azərbaycana yardım etməməli, həm də Ermənistanı xroniki iqtisadi böhrandan çıxarmalıdır. Bu səbəbdən, Zəngəzur dəhlizi layihəsinin reallaşdırılmasının mümkünsüzlüyü Ermənistanda iqtisadi inkişaf imkanlarının ciddi tənəzzülü deməkdir”, - politoloq əlavə edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət