Bazar ertəsi Türkiyənin şimal-qərbindəki Kocaeli əyalətindən Çinə altıncı və yeddinci ixrac qatarı yola düşüb. Bu barədə Anadolu agentliyi TürkiyəCümhuriyyətiDövlət DəmirYollarıİdarəsinə istinadən məlumat verir.
“2,250 min ton melamin örtülü MDF 41 konteyner ilə qatarlar iki həftə ərzində Gürcüstan, Azərbaycan, Xəzər dənizi və Qazaxısytandan keçməklə Çinin Sian şəhərinə çatmaqla 8693 km məsafə qət edəcək”, - nəşr qeyd edir.
“Pasifik Eurasia”nın logistika şöbəsinin rəhbəri Alper Taylan məlumat verib ki, qatarlar təyinat məntəqəsinə təxminən 12 günə çatacaq.
“Bakı-Tbilisi-Qars dəmir yolu Asiya ilə Avropa arasında yük nəqli üçün ən səmərəli marşruta çevrilib. Bizim hədəfimiz – Türkiyə-Çin-Türkiyə marşrutu ilə dəmir yolu reyslərinin sayını illik 1500-ə çatdırmaqdır”, - Taylan bildirib.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Layihə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçən 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulmasından ibarət olub. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilib.
BTQ-nin ümumi uzunluğu 826 km-dir.**
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət